“Kəlağayısı gülgəz, libası əlvan” sərgisi açılıb

-

Xalça Muzeyində Azərbaycan kəlağayısına həsr edilmiş “Kəlağayısz gülgəz, libası əlvan” adlı sərgi açılıb.

Xəbəri muzey yayıb.

Sərgidə gənc kolleksiyaçılar Ruslan Hüseynov və Fuad Cəbrayılovun şəxsi kolleksiyasından olan nümunələr göstərilir. Təqdim olunan 250-dən çox geyim, baş örtüyü Qarabağ, Şamaxı, Bakı, Naxçıvan və digər bölgələri əhatə edir. Bu kolleksiyada XVIII-XIX əsrlərə aid müxtəlif tikmə, zərgərlik nümunələri də toplanıb.

Sərgi bir ay davam edəcək.