Özünü yandıranın vəziyyəti ağırdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda bankın qarşısında özünü yandırdı...

-
Noyabrın 23-də kredit borcuna görə özünü yandıran Malik Hüseynovun vəziyyəti ağırdır.

Bu haqda AzadlıqRadiosuna Malik Hüseynovun həyat yoldaşı Aytəkin Hüseynova məlumat verib:

«Əvvəlki kimi reanimasiyadadır. Heç bir irəliləyiş yoxdur. Həkimlər deyir, Allahdan ümidiniz üzməyin, ancaq vəziyyəti ağırdır. İçəri girib gördüm. Zorla dedi ki, su ver. Bir qurtum su verdim, az qala boğulmuşdu. Boğazı, üzü tamam yanıb».

Malik Hüseynov Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) yanıq şöbəsində reanimasiyadadır. Xəstəxanadan bildirdilər ki, o, tənəffüs yollarının və bədənin yuxarı ətrafının 3-cü, 4-cü dərəcəli yanığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Malik Hüseynov noyabrın 23-də metronun «Azadlıq prospekti» stansiyasının yaxınlığındakı bank filialının qarşısında özünü yandırmışdı. Ailə üzvləri onun banka olan borcunu ödəyə bilmədiyi üçün özünü yandırdığını bildirir.