Balkan liderləri görüşür

Makedoniyada qaçqınlar, arxiv fotosu

-

8 Qərbi Balkan dövlətinin rəhbəri Zaqrebdə görüşür. Onlar Avropanın qaçqın böhranı ilə mübarizədə regionun rolunu müzakirə edəcəklər.

Noyabrın 25-də keçirilən görüşdə ABŞ-ın vitse-prezidenti Joe Biden, Avropa Birliyinin prezidenti Donald Tusk da iştirak edəcək.

Görüşdə Parisdə 130 nəfərin həyatına son qoymuş terror hücumundan sonra islamçı terrorçuluqla mübarizə səyləri də götür-qoy olunacaq.

Görüşə Albaniya, Bosniya, Kosovo, Makedoniya, Monteneqro, Serbiya, eləcə də ev sahibləri – Sloveniya və Xorvatiya prezidentləri qatılır.