Ukraynanın qazı kəsildi

Simferopol, Krım, 24 noyabr, 2015-ci il

-

Rusiyanın Gazprom şirkəti Ukraynaya qaz göndərişini dayandırdığını bəyan edib. Səbəb Kiyevin tələb olunan ödənişlərin qabaqcadan etməməsi iddialarıdır.

Gazprom rəhbəri Aleksei Miller noyabrın 25-də Moskvada deyib ki, ödəniş olunmasa, qaz da verilməyəcək.

Onun sözlərinə görə, Ukraynanın Rusiya qazını almaqdan imtinası “Avropaya qaz nəqlinə risklər yaradır”.

İki ay öncə Rusiya və Ukrayna Avropa Birliyinin vasitəçiliyi ilə martadək qaz təchizatının təmin olunmasına dair saziş imzalayıb.

İki ölkənin münasibəti Ukraynadan Krıma elektrik ötürən xətlər partladılandan sonra daha da pisləşib.

Rusiya ötən il Ukraynanın Krım yarımadasını anneksiya edib.