Belçikada həyat ahənginə dönür

Foto arxiv

Belçikanın paytaxtı Brüsseldə təhlükəsizliyə görə 4 günlük fasilədən sonra məktəblər və metro noyabrın 25-də açılıb.

Həmçinin muzey və digər ictimai yerlər açılıb.

Amma şəhərdə təhlükəsizlik rejiminin səviyyəsi yüksək olaraq qalır.

Məktəblərin mühavizəsinə 300 polis, metrolorda patrul xidmətinə isə 200-dək hərbçi cəlb edilib.

Amma şəhərdəki metro stansiyalarının təxminən yarısı hələ də bağlıdır.

Noyabrın 21-dən bu yana keçirilən reydlər zamanı azı 20 şübhəli saxlanıb.

Onların əksəriyyəti sonradan sərbəst buraxılıb, 5 nəfərsə həbsdədir.

Onlara qarşı Paris terrorları ilə bağlı ittiham irəli sürülüb.

Noyabrın 13-də Parisdə törədilən terror aktlarında 130 nəfər ölüb.

Rusiyanın Gazprom şirkəti Ukraynaya qaz verilməsinin dayandırdığını bəyan edib.