Hələ isti olacaq

Foto arxiv

Noyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyinə keçəcək.

Milli Hidrometrologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq.

Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.