Moskva İrana S-300 raketləri göndərəcək

Foto arxiv

Moskva ilin sonunadək İrana S-300 raketləri göndərməyi planlaşdırır.

Rusiya prezidentinin köməkçisi Vladimir Kozhin noyabrın 25-də İnterfaksa müsahibəsində bildirib ki, bu sistemlin bir sıra hissələri artıq bu il göndəriləcək.

O qeyd edib ki, hər şey bizim sənayemizin imkanlarından aslıdır.

Prezident Vladimir Putin ayın əvvəllərində İrana hərbi texnologiya göndərilməsinə qoyulmuş embarqonu zəiflədib.

Rusiya ilə İran uzun illərdir ki, S-300 raketləri barədə danışıq aparırlar və tərəflər noyabrın 9-da bununla bağlı razılaşma imzalayıblar.