Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident şəhərdə aparılan abadlıq işlərinin davam etdirilməsi, habelə 19 çoxmənzilli binanın əsaslı təmiri üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrıb.