Şimali və Cənubi Koreya danışıblar

Panmunjom kəndi, 2015-ci il

-

Şimali və Cənubi Koreya rəsmiləri sərhəddəki Panmunjom kəndində danışıqlar aparıblar. Tərəflər 2010-cu ildən bəri faktiki donmuş münasibətləri bərpa etməyə çalışırlar.

Avqustda iki ölkə danışıqlar barədə razılıq əldə etmişdi.

Məlumatlara görə, Şimali Koreya Pxenyanın idarəçiliyində olan Kumgang kurortuna turların bərpasını istəyir. Bu kurort Şimal üçün xarici valyuta mənbəyidir.

Cənubi Koreya isə 1951-53-cü illər Koreya Müharibəsi zamanı ayrı düşmüş ailələrin mütəmadi görüşməsi üçün Pxenyanın razılığını almağa çalışır.