Prezident gürcüstanlı naziri qəbul edib

İlham Əliyev

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın daxili işlər naziri Giorgi Mgebrishvilini qəbul edib.

Bu barədə Prezident.az saytı məlumat yayıb.

İlham Əliyev regionda təhlükəsizliyin təmin edilmsi işində iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə hüquq-mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlıq, terrorun və cinayətkarlıqla mübarizə, habelə mədəni və sosial sahələrdə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.