Putinlə Hollande görüşüblər

Francois Hollande və nt Vladimir Putin

Fransa prezidenti Francois Hollande bildirib ki, onun noyabrın 26-da Moskvaya səfərində məqsəd terrorçuluqla mübarizəni koordinasiya eləməkdir.

Bu barədə İntefaks agentliyi məlumat yayıb.

Hollande bildirib ki, baş verənlərə görə artıq məsuliyyəti üzərimizə götürmək vaxtıdır.

Reutersin məlumatına görə, Hollande “İslam Dövləti” qrupuna qarşı mübarizə aparmaq üçün dünyanın aparıcı ölkələri ilə böyük koalisiya yaratmağa çağırıb.

Qeyd edək ki, Hollande Moskvadan əvvəl Vaşinqtonda ABŞ prezidenti Barack Obama ilə görüşüb.

Rusiya prezidenti Vladimir Putin isə Hollande ilə görüşdə ümumi düşmənə qarşı mübarizə aparmaq üçün Moskvanın Parislə birləşməyə hazır olduğunu deyib.

Amma Reuters xəbər verir ki, prezidentlər televiziya ilə yayımlanan görüşdə bir-birinin üzünə baxmaqdan qaçıblar.

Agentlik hesab edir ki, bu Ukrayna böhranı və Yaxın Şərqdəki hadisələr görə Rusiya ilə Qərb arasında gərginliyin qalmasından xəbər verir.