-
“Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma olmayıb və əminəm ki, olmayacaq”.
“AZƏRTAC”-ın məlumatına görə, prezident İlham Əliyev noyabrın 26-da ISESCO Baş Konfransının XII sessiyasının açılışındakı çıxışında belə deyib. Onun sözlərinə görə, Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır.
“Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var”, - deyən dövlət başçısı vurğulayıb ki, sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. “Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq”.