Pakistanda nazir hücumdan sağ çıxıb

Partlayış yeri

-

Pakistanın şimal-qərbində nazirə sui-qəsd cəhdi olub. Uzaqdan idarə olunan bomba hücumunda azı 2 nəfər ölüb, nazirsə hücumdan sağ çıxıb.

Hücum noyabrın 26-da axşam saatlarında baş verib. Sosial məsələlər üzrə nazir Akram Khan Durrani Bannu vilayətində maşınla gedirmiş.

Ölənlər vilayətin səhiyyə departamentinin əməkdaşlarıdır.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Durrani Jamiat Ulema-e-Islam-Fazl (JUI-F) siyasi partiyasının lideri, 1990-cı illərdə Əfqanıstanda Taliban rejimini dəstəkləmiş siyasətçi və ruhani Fazal-ur-Rehman-ın əsas müttəfiqidir.