Qarabağ"ın növbəti rəqibində ciddi itki

Foto arxiv

"Anderlext"in futbolçusu Stiven Defur Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"a qarşı oynamayacaq.

İdman portallarının məlumatına görə, buna səbəb yarımmüdafiəçinin cəzalı olmasıdır.

O, "Monako" ilə görüşdə bu mövsüm 3-cü sarı vərəqə aldığına görə, son turda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Stiven Defur “Qarabağ”la Bakıda keçirilən oyunda və “Monako” ilə hər iki qarşılaşmada sarı vərəqə alıb.