Rusiyanın ilhaq elədiyi Krımda noyabrın 27-də Türkiyə əleyhinə “Arxadan zərbə” adlı aksiya keçirilib.
Aksiyaçılar Türkiyə əleyhinə palakatlar qaldırıb, sonda isə üzərində Türkiyə prezidenti Racep Tayyip Erdoganın şəkili olan müqəvvanı yandırıblar.
Aksiyada tələbələr də daxil olmaqla 40-a yaxın adam iştirak edib.
Bu barədə internet nəşri olan “Krım Realii” saytı xəbər verir.
Həmçinin noyabrın 27-də Moskvadakı Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Aksiyanı “Rodina” partiyası təşkil edib.
Aksiya icazəsiz olduğundan polis etirazçılardan ikisini saxlayıb.
Amma sonradan onlar sərbəst buraxılıb.
Türkiyənin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasında gərginlik yaranıb.