Rusiya bombaladı. 40 dinc sakin həlak oldu

Arxiv fotosu

-

Rusiyanın bombardmançı təyyarələri Suriyanın İdlib əyalətində bazarı bombalayıb.

İdlibin Eriha yaşayış məntəqəsindəki bazara atılan bombardman nəticəsində 40 nəfər həlak olub. Ölənlərin arasında qadınlar və uşaqlar da var. 70 nəfər yaralanıb.

Yaralılar səhra xəstəxananalarına çatdırılıb.

Terrorla mübarizə adı altında Rusiya Suriyada Homs, Hama, Hələb və İdlibdə müxalifətin nəzarətində olan yerləri bombalayır.