Məmmədyarov Brüsselə gedir

Elmar Məmmədyarov

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlərin görüşündə iştirak edəcək. Görüş dekabrın 1-2-də Brüsseldə baş tutacaq.

XİN-in yaydığı məlumata görə, tədbirdə Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Azərbaycan NATO-nun tərəfdaş ölkəsi, Əfqanıstandakı ISAF missiyasının iştirakçısıdır.