İki qardaş dəm qazından ölüb

Polis

-

Azərbaycanda iki qardaş dəm qazından zəhərlənərək ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə noyabrın 29-da Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Yusif Babazadə və qardaşı Fərid Babazadə evlərində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırmalar aparılır.