ABŞ xəbərdarlıq edir

Əfqanıstanda taliban silahlıları

-

Birləşmiş Ştatlar noyabrın 30-da Kabildəki vətəndaşlarına xəbərdarlıq edib. Əfqanıstan paytaxtındakı ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində “birbaşa təhlükə” olduğu bildirilir. Belə ki, rəsmilər Taliban silahlıları ilə sülh danışıqlarını yenidən başlamağa çalışırlar.

Kabildəki ABŞ səfirliyi “təhlükə həddinin yüksək” olduğu bir dövrdə son dərəcə ehtyatlı olmağa çağırıb.

Potensial hədəflər və ya planlaşdırılan hücum barədə detallı bilgi verilməyib.

Səfirlik müntəzəm olaraq belə xəbərdarlıqlar edir. Ancaq bu xəbərdarlıqla eyni vaxtda Əfqanıstan və Pakistan liderlərinin Parisdə BMT-nin iqlim sammiti çərçivəsində görüşü gözlənir.

Pakistanın baş naziri Nawaz Sharif-lə Əfqanıstan prezidenti Ashraf Ghani-nin görüşü baş tutarsa, bu, Talibanla sülh danışıqlarının bərpası yönündə ciddi addım olar. İslamabadın vasitəçilik etdiyi danışıqlar bir müddətdir dayanıb.