“Borca görə meşəyə apararaq balta ilə iki əlini də biləkdən kəsib, sonra isə hadisə yerindən qaçıblar”.
Baş Prokurorluğun noyabrın 30-da yaydığı məlumatda belə deyilir.
Məlumata bildirilir ki, Zaqatala rayon prokurorluğunda aparılmış ilkin araşdırmalara görə rayon sakinləri Rəşad Tahirov və Araz Musayev noyabrın 28-də həmyerliləri Vüsal Bəşirovu kirayədə yaşadıqları evə apararaq əvvəlcə döyüb, sonra isə əllərini, ayaqlarını və ağzını bağlayaraq maşınla “Asma körpü” deyilən əraziyə aparıb və orda hər iki əlini balta ilə biləkdən kəsiblər.
Faktla bağlı rayon prokurorluğunda qabaqcadan əlbir olaraq xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.
Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Musayev tutulub.
Rəşad Tahirovun isə axtarışı gedir.