Şəxsiyyət vəsiqələri üçün yeni rüsumlar

ASAN xidmət

Dekabrın 1-dən Azərbaycanda şəxsiyyət vəsiqələri üşün yeni rüsumlar tətbiq edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Dövlət rüsumu haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, ölkə vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 günə verildikdə və ya dəyişdirildikdə büdcəyə 5 manat, 3 iş gününə verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş gününə verildikdə və ya dəyişdirildikdə isə 35 manat rüsum ödəniləcək.