Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirən SU-34 təyyarələri noyabrın 30-dan bomba ilə yanaşı hava-hava tipli raketlərlə də təhciz olunacaq.
Bu raketlər 60 kilometrlik hədəfi vura bilir.
Bu barədə Rusiya Kosmik-Hava qüvvələrinin nümayəndəsi İgor Klimov məlumat verib.
O bildirib ki, raketlər təyyarələrin müdafiəsi üçündür.
Artıq Suriya üzərində raketlərlə uçan SU-34 təyyarələrinin fotoları da peyda olub.
Türkiyənin F-16 təyyarələri noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsini vurub.
Bu iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
Rusiya buna görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
Rusiya bu insidentdən sonra Suriyada S-400 hava hücumlarından müdafiə sistemləri də yerləşdirib.