AİDS-lə Mübarizə Günüdür

AIDS-lə mübarizə günü, arxiv fotosu

-

1 dekabr – Ümumdünya AİDS-lə Mübarizə Günüdür

1987-ci ildən 2014-cü il dekabrın 1-ə qədər Azərbaycanda rəsmi qeydiyyatda olan HİV-ə yoluxmuş insanların sayı 4859 nəfərdir.

Azərbaycan AİDS-lə Mübarizə Mərkəzinin məlumatına görə, ölkə ərazisində ilk dəfə HİV-ə yoluxma 1987-ci ildə xarici vətəndaşda qeydə alınıb. İlk dəfə 1992-ci ildə Azərbaycan vətəndaşı HİV-ə yoluxub.

HİV-ə yoluxan uşaqların sayı 82-dir.

Dekabrın 1-i Ümumdünya AİDS-lə (QİÇS-lə) Mübarizə Günüdür. Bu günü Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr 1988-ci ildə təsis edib. O dövrdən bu yana hər il dekabrın 1-də bütün dünyada HİV/AİDS-ə dair maarifləndirmə işləri aparılır.