Paralimpiyaçı cüdoçular 8 medal qazanıb

İlham Zəkiyev

-

Azərbaycanın cüdo üzrə paralimpiya komandası Portuqaliyada keçirilən Avropa çempionatında 8 medal qazanıb. 2016-cı ilin Paralimpiya Oyunlarında lisenziyalar da qazanıb. Xəbəri Azərbaycan Cüdo Federasiyası yayıb.

Yığmanın lideri İlham Zəkiyev (100 kq-dan yuxarı) qitə çempionatında altıncı dəfə qalib gələrək qızıl medal qazanıb. Bayram Mustafayev (66 kq) və Ramin Qasımov (73 kq) da çempionatın birincisi olub.

2012-ci il Paralimpiya Oyunlarının qalibi Ramin İbrahimov (62 kq) və Rövşən Səfərov (82 kq) gümüş medal əldə ediblər.

Qadınların yarışında Səbinə Abdullayeva (57 kq) və Afaq Sultanova (63 kq) bürünc medal qazanıb.

Azərbaycan yığması ümumi hesabda üçüncü yeri tutub.