-
Dekabrın 1-də Nərimanov rayonunda beşmərtəbəli binanın zirzəmisində yanğın olub.
Yanğın ümumi sahəsi 120 kv.m olan idman zalının saunasında baş verib.
Yanğın saat 10:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.
Həmin binada Nərimanov rayon Məhkəməsi də yerləşir.