Mavritaniya prezidenti oyunu dayandırıb ?

Foto arxiv

Mavritaniyanın Futbol Federasiyası ölkə prezidenti Mohamed Ould Abdel Azizin futbol görüşü zamanı 11 metrlik cərimə zəribəsi təyin etdirməsi barədə yayılmış məlumatları təkzib edib.

Bundan əvvəlki məlumata görə, Mavritaniya Super Kubokunun finalında prezident "Tevraq-Zeyna" və "Ksar" klubları arasında keçirilən oyunu 63-cü dəqiqədə dayandırıb.

Buna səbəb 1:1 hesabı ilə davam edən görüşün prezident üçün maraqsız olması göstərilir.

Məlumata görə, o maraqsız oyunun artırma dəqiqələrinə getməməsi üçün komandaların on bir metrlik cərimə zərbələri vurmasını göstəriş verib.

Nəticədə "Tevraq-Zeyna" penaltilərlə qalib gəlib.

Amma Milli Futbol Federasiyasının rəhbəriAhmed Ould Abderrahman məlumatı təkzib edib və bildirib ki, qərar klub prezidentləri və məşqçilər arasındakı təşkilatı məsələlərə görə qəbul edilib.