NATO Monteneqronu rəsmən dəvət etdi

(soldan) Monteneqronun müdafiə naziri Milica Pejanovic, xarici işlər naziri Igor Luksic və NATO baş katibi Jens Stoltenberg

-

NATO xarici işlər nazirləri Monteneqronu hərbi alyans üzvlüyünə dəvət etməyə razılaşıblar.

“Monteneqronu təbrik edirik”, NATO-nun baş katibi Jens Stoltenberg dekabrın 2-də Brüsseldə alyansın qərargahında deyib. “Bu, çox gözəl bir alyansın başlanğıcıdır”.

Adriatik dənizi sahilində yerləşən, 600 min əhalisi olan Montenqero 2017-ci ildə NATO-nun 29-cu üzvünə çevriləcək. Baş nazirin müavini Igor Luksic deyib ki, NATO-nun dəvəti “bütün Qərbi Balkan ölkələri üçün müsbət siqnaldır”.

Sonuncu dəfə 2009-cu ildə Albaniya və Xorvatiya NATO-ya qoşulub. Daim NATO-nun genişlənməsinə qarşı çıxan Rusiya Monteneqroya xəbərdarlıq edib ki, hərbi alyansa qoşulmasına provokasiyaya kimi baxılacaq.