“NATO” nun şərqə doğru genişlənməsi cavab tədbirlərinə səbəb olacaq”.
Bunu dekabrın 2-də jurnalistlərə Kremlin mətbuat katibi Dimitry Peskov bəyan edib.
O belə bir bəyanatla NATO-nun dekabrın 2-də Monteneqronu rəsmi şəkildə sıralarına dəvət etməsindən sonra çıxış edib.
ABŞ Dövlət katibi John Kerry isə NATO-nun genişlənməsinin Rusiyaya qarşı yönəlmədiyini bildirib:” NATO heç kimə qarşı təhlükə deyil, bu müdafiə xarakterli alyansdır, Moskva və ya kimlərə qarsısa yönəlməyib”.-deyə Dövlət katibi vurğulayıb.
Həmçinin NATO-nun baş katibi Stoltenberg bildirib ki,Monteneqro ilə danışıqlara başlamağın Rusiya ilə heç bir bağlılığı yoxdur.