Gürcüstanın müdafiə naziri Bakıdadır

Tinatin Khidasheli

-

Prezident İlham Əliyev dekabrın 2-də Gürcüstanın müdafiə naziri Tinatin Khidasheli-ni qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirib. O Tinatin Khidasheli-nin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib

Gürcüstanın müdafiə naziri ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.