Azərbaycanlı hakim Avropa liqasında

Foto arxiv

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

AFFA-nın məlumatına görə, o, Avropa Liqası qrup mərhələsinin 6-cı turunda “Rapid” (Vyana) – “Dinamo” (Minsk) görüşünü idarə edəcək.

Ona Zeynal Zeynalov və Rza Məmmədov köməklik edəcək.

Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.

Qeyd edək ki, "Rapid" - "Dinamo" oyunu dekabrın 10-da keçiriləcək.