İspaniya məhkəməsi Kataloniyaya yox dedi

Kataloniya

İspaniyanın Konstitusiya məhkəməsi ölkədən ayrılmağa başlanması ilə bağlı Kataloniya parlamentinin qətnaməsini ləğv edib.

Məhkəmə mərkəzi İspaniya hökumətinin bunun qanunsuz olması ilə bağlı şikayətinə baxıb.

Müstəqillik tərəfdarları bu qərarı bu ilin noyabrında qəbul eləmişdi.

Qətnamədə ilyarım ərzində müstəqil Kataloniya dövləti yaradılması nəzərdə tutulurdu.

Sentyabrda Kataloniyada keçirilən seçkidə müstəqillik tərəfdarları Regional Assambleyada böyük səs çoxluğu qazanıblar.

Kataloniyanın 7 milyon yarım əhalisi var.