Federica Mogherini Azərbaycana gələcək

Federica Mogherini

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə rəsmisi Federica Mogherini gәlәn ilin әvvәlindә Azәrbaycana səfərə gələcək.

APA-nın mәlumatına görә, bu barәdә jurnalistlәrә Azərbaycan xarici işlәr nazirinin müavini Mahmud Mәmmәdquliyev deyib.

O bildirib ki, sәfәr zamanı Azәrbaycan-Avropa Birliyi arasında әmәkdaşlıq müzakirә olunacaq.