Son iki 1/4 finalçı müəyyənləşir

Arxiv fotosu

-

Dekabrın 3-də Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

İki oyun keçiriləcək. Premyer Liqa klublarından "Rəvan" öz meydanında birinci divizion təmsilçisi "Bakı", "Qəbələ" isə "Mil-Muğan"kubu ilə qarşılaşacaq.

Dünən keçirilən oyunlardan sonra “Neftçi”, “Qarabağ”, “İnter”, “Sumqayıt”, “Zirə” və “Xəzər Lənkəran” klubları 1/4 finala yüksəlib.