Kerry Kosovoya ilk rəsmi səfər etdi

Kosovonun baş naziri Isa Mustafa (solda) və John Kerry

-

ABŞ Dövlət katibi John Kerry Kosovonun müxalifət liderlərini parlamentə gözyaşardıcı qaz buraxılmasını dayandırmağa çağırıb. Kerry bu Balkan ölkəsinin hökumətini etnik bölücülüyün yatırdılması planlarına əməl etməyə çağırıb.

Kerry dekabrın 2-də Kosovoya ilk rəsmi səfərini edib, Serbiya ilə münasibətlərdəki siyasi böhranın həllinə kömək etməyə çalışıb. 1.8 milyon əhalisi olan Kosovo Serbiyadan müstəqilliyini 2008-ci ildə elan edib, indi də Avropa Birliyinə üzv olmağa çalışır.

Hökumətin ölkənin serb azlığına daha çox hüquqlar vermək səyləri Kosovoda iğtişaşlar yaradıb.

Priştina aeroportunda baş nazir Isa Mustafa ilə görüşdən sonra Kerry deyib ki, parlament demokratiya, hörmət məbədi olmalıdır. “Burası gözyaşardıcı qaz və qorxutma yeri deyil”, Kerry sözlərinə əlavə edib.