Azərbaycan millisi Avstriya ilə düşdü

Foto arxiv

Dekabrın 3-də 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci il Avropa çempionatı seçmə mərhələsinin püşkü atılıb.

AFFA-nın məlumatına görə, Azərbaycan yığması 5-ci qrupda Bosniya və Herseqovina, Avstriya və Litva komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2016-cı il oktyabrın 4-ü, 6-sı və 9-da Litvada keçiriləcək.

Həmçinin dekabrın 3-də 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci il Avropa çempionatı seçmə mərhələsinin püşkü atılıb.

Azərbaycan yığması 6-cı qrupda İngiltərə, Avstriya və Rumıniya ilə mübarizə aparacaq.

Bu qrupun oyunları 2016-cı il oktyabrın 25-i, 27-i və 30-da Rumıniyada keçiriləcək.