Azərbaycan Qırğızıstanda baş verən zəlzələyə görəbu ölkəyə humanitar yardım göndərəcək.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu ilin noyabrında Qırğızıstanın Oş vilayətində baş verən güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.
Qırğızıstan hökuməti bununla bağlı Azərbaycandan humanitar yardım istəyib.
Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına bir milyon manat məbləğində humanitar yardım göndərilməsi üçün hazırlıq işləri görür.