Kocharyan referendumu boykot edəcək

Robert Kocharian

--

Keçmiş Ermənistan prezidenti Robert Kocharyan konstitusiya düzəlişləri ilə bağlı referendumu boykot edəcək.

Bu barədə AzadlıqRadiosunun erməni xidmətinə keçmiş prezidentin nümayəndəsi Viktor Sogomonyan məlumat verib.

Referendum dekabrın 6-da keçiriləcək.

Hazırda Yerevanda referendum əleyhinə aksiya keçirilir.

Dəyişikliklərdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə ittiham edir.