Ağac aşıb, 3 avtomobil əzilib

Arxiv fotosu

-

Bakıda Sabunçu rayonu, Əhməd Cavad küçəsində güclü külək nəticəsində ağac aşaraq 3 avtomobili əzib. APA informasiya agentliyinin məlumatına görə, nəticədə 3 avtomobilə ziyan dəyib.

Bina sakinləri hadisə barədə aidiyyəti qurumlara məlumat veriblər.

Dekabrın 3-dən ölkə ərazisində, eləcə də paytaxtda hava 5-10 dərəcə soyuyub, güclü külək əsir, yağış, bölgələrə qar, sulu qar yağır. Sinoptiklər belə hava şəraitinin dekabrın 6-dək davam edəcəyini bildirirlər.