-
Dekabrın 3-də yağan intensiv yağışlar nəticəsində Bakının Nərimanov və Nəsimi rayonlarında yollarda suyun səviyyəsi qalxıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nəticədə yollarda hərəkət məhdudlaşıb, 8 vətəndaş avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin şəxsləri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.