-
Keçmiş rusiyalı tank komandiri dekabrın 3-də ömürlük həbs cəzasına məhkum edilib. O, Əfqanıstanda ABŞ qüvvələrinə qarşı taliban hücumuna başçılıq etməkdə ittiham olunub.
Hələ avqustda ABŞ federal məhkəməsi rus talibanı adını almış Irek Hamidullin-i 15 maddə üzrə təqsirli bilib. O, terrorçuluğa maddi dəstək verməkdə, ABŞ təyyarəsini vurmaq cəhdində, kütləvi qırğın silahından istifadə planında ittiham olunub.
Hökm Virciniya ştatının Riçmond şəhərində çıxarılıb. Hamidullin ABŞ-ın Əfqanıstanda iştirakını tənqid edib, hökumətin ruslara mesaj göndərmək məqsədilə onu hədəfə aldığını deyib. Məlumatı Associated Press yayıb.
“Məni terrorçuluqda ittiham edirsiz. Bu, yalandır. Mən İsa peyğəmbərin bizə dediyini yerinə yetirirəm”, 55 yaşlı Hamidullin rusca, tərcüməçi vasitəsilə danışıb. “Sizin qanunları tanımıram. Bu məhkəməni tanımıram, buna nifrət edirəm”, o, 15 dəqiqəlik nitqində deyib.