İD bayrağına görə məhkum olundular

Düşənbədə məscid, arxiv fotosu

-

Tacikistanın cənub-qərbində Şahrtuz bölgəsində İslam Dövləti (İD) ekstremist təşkilatının bayrağını ictimai yerdə qaldırdığına görə 7 nəfər məhkum edilib.

Onlardan üçünün yaşı 18-dən aşağıdır. Hökuməti devirməyə çağırış etməkdə və xaricdə döyüşməyə adam yığmaqda təqsirli biliniblər.

Həmin şəxslərə dekabrın 1-də 7 ildən 27 ilədək həbs cəzası kəsilib.

Tacikistan hakimiyyəti Suriya və İraqda İD silahlılarının cərgəsində 500 tacikin vuruşduğunu bildirir.