900 abidə dağıdılıb

Mübariz Qurbanlı

-

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda 900-ə yaxın mədəni və dini abidələr məhv edilib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı «Qafqazda mədəni-dini irsin qorunması» mövzusunda keçirilən tədbirdə deyib.

Komitə sədri qeyd edib ki, mədəni-dini irsin qorunması çox mühüm məsələdir. Bununla bağlı bır çox beynəlxalq sənədlər qəbul olunub, Azərbaycan da onları ratifikasiya edib.