Polisə əlavə səlahiyyətlər verildi

Polis

-

Dekabrın 4-də Milli Məclis «Polis haqqında» qanunda dəyişikliyi qəbul edib.

Bu dəyişiklik Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verir.

Qanunun 26-cı maddəsinə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda, polis fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq edə biləcək.