Havalar soyuyur

Foto arxiv

Dekabrın 5-də Bakı və Abşeron yarımadasında havanın gecə və səhər saatlarında yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Milli Hidrometrologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Bölgələrdə isə hava şəraitinin, əsasən də şimal və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.