Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə saat 10.00-da bütün hərbi hissələrdə “Açıq qapı” günü təşkil ediləcək.
Müdafiə Nazirliyinin məlumatına görə, “Açıq qapı” gününə gələnlər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişət şəraitilə tanış olacaq, xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
Həmçinin hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşü təşkil olunacaq, onları narahat edən məsələlər müzakirə olunacaq, konsert proqramları və digərtədbirlər keçiriləcək.