Moldovanın xarici işlər naziri Natalia German Rusiyanı Dnestryanı regiondan qoşunlarını qıxarmağa çağırıb.
O Dekabrın 4-də ATƏT ölkələri nazirlər şurasının iclasında çıxış edərkən bildirib ki, Rusiya beynəlxalq öhtəliklərə əməl etməli və qoşunlarını bölgədən çıxarmalıdır.
German həmçinin qeyd edib ki, problemin həlli ilə bağlı beynəlxalq danışıqlar davam etdirilməlidir.
Rusiya keçmiş sovetlər dövründən regionda yerləşdirdiyi 1500 nəfərlik ordusunun 2002-ci ilədək çıxarılmasını vəd eləsə də bu hələ ki, yerinə yetirilməyib.
Moldovanın tərkib hissəsi olan Dnestryanı region 1990-cı ildə birtərəfli qaydada müstəqilliyini elan edib. 1992-ci ildə Moldova qüvvələri ilə separatçılar arasında gedən döyüşlərdə 1500-dək adam ölüb.