Rusiyalıların 2 xarici pasportu olacaq

Foto arxiv

Rusiya vətənşlarına 2 xarici pasport veriləcək.

Belə bir qanun layihəsi dekabrın 4-də Dövlət Dumasında qəbul edilib.

Sənədin müəllifi-deputat Rivzan Kubanov bildirib ki, ikinci xarici pasport xüsusilə münasibətlərində gəgrinlik yaşanan ölkələrə getmək üçün lazımdır.

O buna misal kimi İsrailə səfər edənlərin İrana gəlişinə qoyulmuş məhdudiyyətləri göstərib.

Bu qanun layihəsini hökumət hələ sentyabrda qəbul edib və bildirib ki, ikinci xarici pasport başqa formada olmalıdır.