"Qanun"-da kitab qurtardı, "Əli və Nino"dan gətirtdilər

Şərif Ağayar

-

Bu gün “Qanun” Nəşrlər Evinin Fəvvarələr bağında təşkil etdiyi yarmarka çərçivəsində yazıçı Şərif Ağayarın yeni çap olunmuş “Gülüstan” romanının imza günü keçirilib.

Tədbirdə bir çox ədəbiyyatsevərlər iştirak ediblər. Şərif Ağayar imza günündən və kitaba maraqdan məmnundur. O, OxuZalına deyib:

"Qısa vaxtda "Qanun" nəşriyyatının yarmarkaya gətirdiyi "Gülüstan" kitabları satılıb qurtardı.

"Əli və Nino" kitab mağazasından bir neçə "Gülüstan" gətirdilər, onlar da satılıb qurtardı.

Yarım saat-qırx dəqiqəyə yenidən kitab gətirtdilər. Mən gedəndə satış davam edirdi. Tədbir bitəndən sonra ardımca kafeyə gəlib kitab imzaladanlar oldu."