-
ABŞ prezidenti Barack Obama deyir ki, Kaliforniyada 14 nəfərin həyatına son qoymuş atışma “terror hücumu” idi və iki nəfər atəş açan “qaranlıq radikallaşma yolu keçiblər”.
Obama yeddi illik prezidentliyi dövründə artıq 3-cü dəfə televiziyada praymtaym vaxtı edib.
Barack Obama-nın sözlərinə görə, terrorçuluq təhlükəsi son illər “yeni fazaya” qədəm qoyub, ancaq onu da vəd edib ki, İslam Dövləti (İD) silahlı qruplaşması məhv ediləcək
ABŞ prezidenti bütün dünyada müsəlman icmalarını radikalları və İD ideologiyasını rədd etməyə, terrorçuluqla mübarizəyə qoşulmağa çağırıb. O, Qərblə İslam arasında münaqişə olmadığını vurğulayıb.
Obama onu da söyləyib ki, Qərbin İraq və Suriyada İD hədəflərinə qarşı hava zərbələri strategiyası davamlı qələbə əldə edə bilər. O, xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar heç bir ölkədə “uzun, məsrəfli quru müharibəsinə” cəlb olunmaqdan çəkinməlidir.