Azərbaycan zabiti həlak olub

Foto illüstrasiya.

-

Dekabrın 7-də Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant Abdulla Mollayev erməni hərbçilərinin açdığı atəş nəticəsində yaralanıb.

Zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.